...

"Facebook Messenger"in işində problemlər yaranıb

Telekommunikasiya Materials 4 Fevral 2021 07:16 (UTC +04:00)
"Facebook Messenger"in işində problemlər yaranıb

Bakı. Trend:

ABŞ istifadəçiləri "Facebook Messenger" tətbiqinin işində problemlərin olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin səhifəsində bildirilib.

Məlumata əsasən, Amerikalı istifadəçilərin 46 faizi serverə qoşulma problemi yaşayır, 33 faizi mesaj qəbul edə bilmir, digər 20 faizi isə "Mesenger"ə daxil ola bilmir.

Bundan əlavə, Kanada, İngiltərə, Yaponiya və Avstraliyadan olan istifadəçilər də tətbiqin işində nasazlıqlardan şikayət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti