...

Azərbaycan internet ticarətinin inkişafı reytinqində irəliləyib

Telekommunikasiya Materials 17 Fevral 2021 13:08 (UTC +04:00)
Azərbaycan internet ticarətinin inkişafı reytinqində irəliləyib

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycan 2020-ci ildə internet ticarətinin inkişafı reytinqində öz mövqeyini yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının illik hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan 2020-ci ildə reytinqdə 152 ölkə arasında 65-ci yerdə qərarlaşıb.

Region ölkələrindən Rusiya 41, Gürcüstan 47, Türkiyə 57, Ermənistan 84-cü yer tutub.

İlk üçlükdə İsveçrə, Niderland və Danimarka yer alıb.

Xəbər lenti

Xəbər lenti