...

Yeni stansiyaların quraşdırılması regionlarda 4G abunəçilərinin sayını artırıb - Nar (FOTO)

Telekommunikasiya Materials 12 Mart 2021 12:24 (UTC +04:00)
Yeni stansiyaların quraşdırılması regionlarda 4G abunəçilərinin sayını artırıb - Nar (FOTO)

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

"Nar" mobil operatoru 2020-ci ildə şəbəkə infrastrukturunun təkmilləşdirilməsi üzrə işləri davam etdirib.

Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Qunnar Panke ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, il ərzində 150 yeni baza stansiyası quraşdırılıb. Beləliklə, 4G stansiyalarının sayı 2,7 minə, 3G stansiyalarının sayı 2,8 minə çatıb:

"Hazırda şəbəkədə internetin təxminən 84 faizi LTE-A texnologiyalı baza stansiyaları vasitəsilə təmin olunur".

Q.Panke əlavə edib ki, ölkədə yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33 faiz artıb, regionlarda isə bu göstərici 52 faizə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti