...

Azərbaycan IT sektorunun inkişafında Aİ ilə fəal əməkdaşlıq edir

Telekommunikasiya Materials 28 Sentyabr 2022 11:27 (UTC +04:00)
Azərbaycan IT sektorunun inkişafında Aİ ilə fəal əməkdaşlıq edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının ən fəal iştirakçısıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrini icra edən, akademik Arif Həşimov "Şərq tərəfdaşlığı"nın elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan islahatlar informasiya texnologiyaları sektorunun gələcək inkişafının təməlini qoyur.

"Azərbaycan və Aİ 2000-ci ildən müxtəlif IT sektorları üzrə əməkdaşlığa başlayıb. 2009-cu ildən Aİ tərəfindən "Şərq tərəfdaşlığı" proqramı işə salınıb. Ölkəmiz bu təşəbbüs çərçivəsində ən fəal iştirakçılardan biridir", - deyə o bildirib.

A.Həşimov vurğulayıb ki, Azərbaycan Avropanın müxtəlif laboratoriyaları və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir. O qeyd edib ki, tərəflər arasında elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik, Dördüncü sənaye inqilabı kimi sahələrdə əməkdaşlıq mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti