...

4G şəbəkəsi Mərkəzi Asiya əhalisinin 83%-ni əhatə edir - Con Custi

Telekommunikasiya Materials 17 May 2023 12:37 (UTC +04:00)
4G şəbəkəsi Mərkəzi Asiya əhalisinin 83%-ni əhatə edir - Con Custi
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün mobil rabitə və kommunikasiyada əlaqənin kəsilməsi təkcə regional səviyyədə deyil, həm də qlobal səviyyədə ən vacib məsələlərdən biri olmaqla həlli prioritet kəsb edir.

Trend çərşənbə günü xəbər verir ki, bunu GSMA-nın tənzimləmə üzrə baş mütəxəssisi Con Custi Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

"Mərkəzi Asiya və Cənubi Qafqaz sakinlərinin 40 faizi infrastruktura çıxış imkanının çətin olduğu kənd ərazilərində yaşayır", - o deyib.

Mütəxəssisin qeyd etdiyi kimi, son dövrlərdə mobil internet istifadəçilərinin sayı üç dəfə artıb.

"4G Mərkəzi Asiya əhalisinin 83 faizini əhatə edib, lakin kənd bölgələrindəki sakinlər mobil internetdən 23 faiz az istifadə edirlər", - Con Custi deyib.

O həmçinin mobil rabitənin aşağıtezlikli spektrə vaxtında və münasib qiymətə çıxış imkanından asılı olduğunu qeyd edib.

"Son 30 ildə bir çox şeyə nail olmuşuq, məsələn 5,5 milyard insanın mobil internet bağlantısı var, lakin 3,6 faizin hələ də internetə çıxışı yoxdur", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti