Bakı. Trend:
Azərbaycanda rəqəmsal əkizlər sisteminin tətbiqində məqsəd daha sürətli rəqəmsallaşmanı təmin etməkdir.
Trend xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında deyib.
"Bununla əlaqədar olaraq fəaliyyət planı tərtib olunacaq. Rəqəmsal əkizlər sistemi sayəsində şəhəri 3D formatında görmək mümkün olacaq. Xəritə bütün infrastruktura dair məlumatı əks etdirəcək", - o deyib.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "rəqəmsal əkiz" layihəsini hazırlayır. Layihə çərçivəsində Bakıda 20-dən çox layihə modelləşdirilib.
Bakı şəhərinin "rəqəmsal əkiz"i yaradılıb. "Rəqəmsal əkiz" bazasında ən müasir infrastruktur layihələrin planlaşdırılması və mütəmadi marşrut xətlərinin optimallaşdırılması həyata keçirilir. Bugünədək "rəqəmsal əkiz" üzərində ciddi investisiya potensialına malik 20-dən çox layihə modelləşdirilib və yaxın zamanda həyata keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)