...

NAFTALAN VƏ GORANBOY KOMMUNİSİYA QOVŞAQLARININ ELEKTRONLAŞDIRILMASI ÜZRƏ İŞLƏR BAŞLAYIB

Telekommunikasiya Materials 1 İyul 2005 16:01 (UTC +04:00)

Naftalan və Goranboydakı Telekommunikasiya Qovşaqlarının (TKQ) tam elektronlaşdırılması üzrə işlər başlayıb. Aztelekom İstehsalat Birliyinin investisiya şöbəsindən "Tpend"ə verilən məlumata görə, hazırda avadanlıqların alınması və quraşdırılması üzrə işlər dəqiqləşdirilir.

İB-dən həmçinin bildiriblər ki, Naftalan şəhər ATS-nin yenidən qurulması ilə bağlı birinci lot üzrə tenderin icraçıları Iskratel (Sloveniya) şirkəti, ikincisi isə Goranboy Mərkəzi rayüon ATS-nin elektronlaşdırılması üzrə Çinin Huawei Tech investment, üçüncüsü Goranboy TKQ kənd telefon şəbəkəsinin tam elektronlaşdırılması üzrə Türkiyənin Karel şirkətidir.

"Bu çox geniş tədbirdir və onun reallaşdırılması mərhələləi şəkildə həyata keçiriləcək. İşlərin başa çatması cari ilin sonuna planlaşdırılıb", - deyə İB-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti