...

Mart ayında Azərbaycanda İT üzrə vəziyyətə dair məlumatlar açıqlanacaq

Telekommunikasiya Materials 22 Fevral 2006 15:13 (UTC +04:00)

2006-cı ilin martında Azərbaycanda İT üzrə vəziyyətə dair məlumatlar açıqlanacaq. Bunun mart ayı ərzində təqdimat vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə AR rabitə və informasiya texnologiyaları Nazirliyində bildirilib.

Bu istiqamətdə işlərə 2005-ci ilin sonunda Dövlət statistika Komitəsi ilə rabitə Nazirliyi tərəfindən birgə başlanılıb.

Dövlət strukturunda qeyd olunub ki, bu vaxtadək kommunikasiya texnologiyalarının texniki tərəfi ilə bağlı hər yüz abunəçiyə düşən telefonların sayı və s. kimi göstəricilər var idi. Bu işlərin əsas məqsədi Azərbaycanda informasiya cəmiyyətinin inkişaf səviyyəsinin müəyyən edilməsidir. Xüsusilə, İnternet və digər İT xidmətlərindən istifadə səviyyəsinin müəyyən edilməsi istiqamətində göstəricilər hazırlanacaq.

Adıçəkilən işlər Dövlət statistika Komitəsi ilə rabitə Nazirliyi arasında imzalanmış saziş əsasında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti