...

İyunda Azercell 36 yeni stansiya quraşdırıb

Telekommunikasiya Materials 6 İyul 2006 17:55 (UTC +04:00)

Mobil rabitə operatoru Azercell Telesom BM iyunda respublikada 36 yeni stansiya quraşdırıb. Trend agentliyinin şirkətə istinadən yaydığı məlumata əsasən, bu stansiyaların 15-i - Bakıda, 4-ü -Abşeronda, 3-ü - Biləsuvarda, 2-si - Qubada, qalan 12-si -Masalı, Astara, Hacıqabul, Kürdəmir, Siyazən, Şəki, Qax, Əli-Bayramlı, Balakən, Şəmkir və Zərdab rayonlarında quraşdırılıb.

Abunəçilərə keyfiyyətli xidmət göstərilməsi üçün Azercell müntəzəm olaraq stansiyaların sayına artırır.

Yanvar-iyun aylarında şirkət respublikada 97 yeni stansiya tikib ki, bunların çoxu regionların payına düşür. Bu, regionlarda yaşayan abunəçilərə daimi və sabit rabitədən istifadə etməyə imkan verir.

2006-cı ilin sonuna qədər operator respublikada 250 stansiya inşa etməyi planlaşdırır.

"Avadanlığı quraşdıraraq, şirkət təbiət və insanların sağlamlığının qayğısına da qalır. Azercell Telesom - Azərbayanda ətraf mühit və sosial sahəyə təsirini öyrənən ilk və yeganə mobil rabitə şirkətidir" - deyə şirkətdən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti