...

Eset Software Azərbaycan Beynəlxalq Bankında yeni proqram təminatı quraşdırıb

Telekommunikasiya Materials 24 Avqust 2006 14:56 (UTC +04:00)

Antivirus proqram təminatı (PT) və kompüter təhlükəsizliyi sahəsində həllərin beynəlxalq istehsalçısı Eset Software Azərbaycan Beynəlxalq Bankında (ABB) 800 dəst antivirus PT - Eset NOD32 Enterprise Edition quraşdırıb. Trend xəbər verir ki, MDB ölkələrinin maliyyə strukturlarında ən böyük proqram təminatı olan Eset NOD32 PT-nin tətbiqi Eset şirkətinin Rusiya ilə həmsərhəd dövlətlərdə öz iştirakının genişləndirilməsi üzrə strategiyasının gerçəkləşdirilməsi çərçivəsində həyata keçirilib.

İnformasiya sisteminə virus və zərərverici proqramların daxil olması həm baş ofisin, həm də bankın bütün filial şəbəkəsinin işini iflic vəziyyətinə salmaq iqtidarında olduğuna görə, bankın rəhbərliyi hazırda korporativ şəbəkələrin bu cür təhlükələrdən mühafizəsi üçün geniş miqyaslı proqram həyata keçirir.

Antivirus Eset NOD32 Enterprise Edition müəssisələrin İT-infrastrukturunun zərərverici proqramlardan mühafizəsi üçün xüsusi olaraq işlənib hazırlanıb. NOD32 bütün virus növlərini, həmçinin konkret təşkilatın informasiya sisteminin işinin xüsusiyyətlərini nəzərə almaqla yazılmış virusları aşkar edib məhv etməyə qadirdir, həllin tərkibində tədarük edilən Remote Administrator modulu isə uzaq serverlərdə və işçi stansiyalarda sistemi mərkəzləşdirilmiş surətdə idarə etməyə və quraşdırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti