...

Dilmanc tərcümə sisteminin ingiliscə-azərbaycanca versiyasının hazırlanmasını ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır

Telekommunikasiya Materials 12 Oktyabr 2006 16:58 (UTC +04:00)

Dilmanc avtomatlaşdırılmış tərcümə sisteminin ingiliscə-azərbaycanca versiyasının hazırlanmasını ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır. Trend in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (ARİTN) istinadən xəbər verdiyi kimi, hazırda sistemin yalnız 70 mindən çox söz və 37 minə yaxın söz birləşməsindən ibarət azərbaycanca-ingiliscə versiyası var.

Dilmanc avtomatlaşdırılmış sistemin təqdimat mərasimi "E-idarçilik milli təşəbbüs" layihəsi çərçivəsində ARİTN və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Azərbaycanca-inciliscə avtomatlaşdırılmış tərcümə sisteminin təkmilləşdirilməsi və yaradılması" layihəsi çərçivəsində aprel ayında baş tutub.

Xəbər lenti

Xəbər lenti