...

"Cisco" Azərbaycanda daha bir lokal şəbəkə akademiyasını açacaq

Telekommunikasiya Materials 25 Oktyabr 2006 20:54 (UTC +04:00)

"Sisco Systems" şirkəti Azərbaycanda daha bir "Cisco" şəbəkə akademiyasını açacaq. Akademiyanı ilin sonuna kimi Naxçıvan Muxtar Respublikası Dövlət Universiteti nəzdində açmaq planlaşdırılır.

Trend in şirkətin məlumatına istinadən xəbər verdiyi kimi, axırıncı dəfə analoji qurum Bakı Dövlət Universitetində yaradılıb. Bu, akademiyaya təmannasız olaraq müvafiq avadanlıq verən "Sisco Systems" şirkətinin və AzNET layihəsi çərçivəsində fəaliyyət göstərən Cisco regional şəbəkə akademiyasının birgə səyləri nəticəsində mümkün olub. Axırıncı BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbə mərkəzinin nümayəndələri arasından CCNA (Cisco Certified Network Associate - Cisco şirkəti tərəfindən sertifikat almış, şəbəkə texnologiyaları üzrə mütəxəssis) kursu üzrə təlimatçılar hazırlayıb.

BDU nəzdindəki Cisco şəbəkə akademiyası Cisco regional şəbəkə akademiyasının yardımı ilə AzNET layihəsi çərçivəsində Azərbaycanda yaradılmış sayca 11-ci lokal şəbəkə akademiyasıdır. AzNET layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı, "Açıq cəmiyyət - yardım fondu" institutu və AzRENA QHT ilə birgə həyata keçirilir. AzNET layihəsinin məqsədi elmi-tədqiqat, təhsil müəssisələrini və ictimai təşkilatları yüksək keyfiyyətli informasiya xidmətləri ilə təmin etməkdir.

1997-ci ildən tətbiq olunan Cisco şəbəkə akademiyaları proqramı lokal və qlobal şəbəkələrin layihələndirilməsi, inşası və istismarı üzrə mütəxəsslərin fundamental hazırlığını nəzərdə tutur. Bu günə qədər "Cisco Systems" şirkətin bu təşəbbüsü Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna da daxil olmaqla 167 ölkədə yayılıb. MDB ölkələrində fəaliyyət göstərən şəbəkə akademiyalarında 3 mindən artıq insan məşğul olur. MDB-də iki növ - regional və lokal Cisco şəbəkə akdemiyaları mövcuddur.

Xəbər lenti

Xəbər lenti