...

Azərbaycan və İndoneziya telekommunikasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Telekommunikasiya Materials 6 Dekabr 2006 16:18 (UTC +04:00)

Azərbaycan və İndoneziya informasiya -kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend ə verilən xəbərə görə, saziş layihəsini İndoneziyanın informasiya və kommunikasiya naziri Sofyan Cəlilə Azərbaycanın həmin ölkədəki səfiri İbrahim Hacıyev təqdim edib.

Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib.

İ.Hacıyev Azərbaycanın geosiyasi mövqeyi, onun iqtisadi inkişafı haqqında məlumat verib. Diplomat bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səfir nazirə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylər haqqında da məlumat verib.

Avropa Birliyi və beynəlxalq ictimaiyyətin separatçılığı dəstəkləmədiklərini qeyd edən nazir S.Cəlil Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti