...

Azərpoçt yeni obyektləri istismara verir

Telekommunikasiya Materials 23 Dekabr 2006 15:00 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Dövlət müəssisəsi (DM) ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunmuş yeni obyektləri istismara verir.

Trend Rabitə Nazirliyinə istinadən xəbər verir ki, bu - Ağdam rayonunun Güzənli qəsəbəsində yeni poçtamt, Abşeron rayonu Mehdiabad qəsəbəsində poçt şöbəsinin yeni binası, Zərdab poçtamtı və mərkəzi poçt şöbəsinin təmirdən çıxmış binaları, eləcə də Goranboy rayonunun Qaşaltı, Qaraqoyunlu və Tapqaraqoyunlu kəndlərində yeni kənd poçt şöbələridir.

Bununla yanaşı, dekabrın 14-də DM tarif gəlirləri proqnozunu 100% yerinə yetirib.

Azərpoçt Dövlət Müəssisəsinin fəaliyyəti məktub və yazışmaların çatdırılması, teleqraf, elektron poçt, İnternet, beynəlxalq telefon danışıqları, daxili və xarici poçt göndərişlərinin daşınması, mili üslubda yerinə yetirilmiş açıqca və zərf, marka və nişanların satışı, sürətli və adi pul köçürmələrinin göndərilməsi, təqaüd və müavinətlərin ödənilməsi üzrə xidmətlərin göstərilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti