...

Azərbaycanın Rabitə Nazirliyi telefon şəbəkəsindən istifadəyə görə tarifləri yüksəltməyi planlaşdırmır

Telekommunikasiya Materials 12 Yanvar 2007 14:53 (UTC +04:00)

Elektrik enerjisinin qiymətinin üç dəfə artmasından sonra telefon tariflərinin əhəmiyyətli dərəcədə artması məntiqə uyğundur, çünki ölkənin telefon şəbəkəsi elektrik enerjisinin alıcısıdır. Lakin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Trend ə bildirdiyi kimi, nazirlikdə telefon şəbəkəsindən istifadəyə görə tariflərin yüksəldilməsi məsələsi nəzərdən keçirilmir.

Hazırda nazirlikdə hələ ötən il planlaşdırılmış şəhərdaxili telefon şəbəkələrindən istifadəyə görə yeni ödəniş prinsipinə keçid müzakirə olunur.

M.Əmirovun sözlərinə görə, idarədə danışıqların qiymətinin vaxtaşırı ödənilməsinə keçid haqqında ekspertlərin təkliflərini qəbul edən və nəzərdən keçirən İşçi qrupu yaradılıb.

Bir ay ərzində təkliflər nəzərdən keçiriləcək, ümumi rəy yaradılacaq, ictimaiyyətin təklifləri nəzərə alınacaq və RN-nin təklifi Tarif Şurasına təqdim olunacaq.

RN-nin planlarına telefonlardan istifadəyə görə ödənişin bir neçə paket variantlarının qəbul olunması daxildir. Onların hər birində qeydə alınmış minimal ödənişə görə istifadə oluna biləcək vaxt limiti nəzərə alınacaq. Bu limitdən yuxarı danışığa görə ödəniş birbaşa olaraq şəbəkədən nə qədər istifadə olunduğundan asılı olacaq. Müxtəlif paketlərdə həm limitin vaxtının, həm də şəbəkədən limitdən əlavə istifadənin müxtəlif qiymətləri göstəriləcək.

Xəbər lenti

Xəbər lenti