...

Azərcell Misirlə ikinci rouminq sazişi bağalyıb

Telekommunikasiya Materials 10 May 2007 16:59 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın mobil operatoru Azercell Telecom BM və Misirin Mobinil operatoru birtərəfli beynəlxalq rouminq xidməti (Mobinil şəbəkəsində Azercell abunəçiləri) istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bu Misirin mobil operatorları ilə sayca ikinci rouminq sazişidir. Hazırda Azercell abunəçiləri Misirin Misirfone operatorunun xidmətlərindən istifadə edir. Azercell Telekom BM 137 ölkənin mobil rabitə operatorları ilə 327 rouminq sazişi bağlayıb.

Azercell Telecom Azərbaycan ərazisinin 78 faizi və respublika əhalisinin 99 faizini əhatə edərək 2,5 milyondan çox abunəçiyə malikdir. Şirkət 1996-cı ilin yanvarında yaradılıb və abunəçilərinə sonradan ödəmə əsasında xidmətlər təklif edərək fəaliyyətinə həmin ilin dekabrında başalyıb.

Azercell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7 faiz) və Fintur Holdings BV şirkətinin (64,3 faiz) birgə müəssisəsidir. Fintur Holdings BV şirkətinin səhmlərinin 58,55 faizi TeliaSonera və 41,45 faizi Turkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti