...

Biznes-portal www.azinba.com Azərbaycanda internet istifadəçilərinin sayını artımaq üçün reklam aksiyası keçirir

Telekommunikasiya Materials 4 İyun 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Biznes portal www.azinba.com iyunun 2-dən başlayaraq iki ay davam edəcək uduşlu kompaniyaya başlayıb. Şərbə günü layihənin müəllifi olan Atria şirkətdən verilən məlumata görə, bu aksiyada təkcə beynəlxalq şəbəkənin daimi nümayəndələri deyil, həmçinin internetdə böyük iş təcrübəsi olmayanlar da iştirak edə bilər.

Aksiyanın bir çox ictimai yerlərdə (metro stansiyasiyalarının yaxınlığında, İnternet klublarda və mərkəzi küçələrdə) olan iştirakçılarına pulsuz uduşlu kuponlar paylanır. Kuponları alan şəxslər www.azinba.com portalına daxil olur, kuponun nömrəsini və elektron poçtunun ünvanını göstərməklə özləri-özlərinə səs verirlər. Kuponu olmayan şəxslər portala daxil ola və avtomatik nömrə almaqla müsabiqəyə qatıla bilərlər. Mükafatlar toplanan səslərin sayına uyğun olaraq elektron proqram tərəfindən müəyyən ediləcək. Mükafatlara İngiltərədə istirahət, bahalı saatlar, elektron mətbəx əşyaları və s. daxildir. Aksiyanın əsas məqsədlərindən biri Azərbaycanda İnternet istifadəçilərinin sayını artırmaqdır

Xəbər lenti

Xəbər lenti