...

Rabitə və informasiya texnologiyaları naziri: İsrail Azərbaycan vasitəsi ilə regional telekommunikasiyalar bazarına çıxmaq niyyətindədir (video)

Telekommunikasiya Materials 26 İyun 2007 12:32 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri: İsrail Azərbaycan vasitəsi ilə regional telekommunikasiyalar bazarına çıxmaq niyyətindədir (video)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İsrail şirkətləri təkcə yerli bazarın tələbatlarını ödəməkdə maraqlı deyil. Onlar həmçinin Azərbaycandakı regional innovasiya zonası layihəsi vasitəsilə digər regional bazarlara çıxış etmək niyyətindədir. Bu sözləri çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-İsrail İT forumunuda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Bugüngü forum ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələsi olacaq" - deyən nazirin sözlərinə görə, İsrail şirkətləri artıq Azərbaycan bazarında iş təcrübəsinə malikdir. Ona görə də forumun keçirilməsi və cari əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsinə dair qərar qəbul olunmuşdur.

İyunun 25-də Bakıya gələn İsrail nümayəndə heyəti doqquz nəfərdən ibarətdir. Heyətə İsrailin İxrac və beynəlxalq əməkdaşlıq (The Israel Export and International Cooperation Institute) institunun biznesin inkişafı üzrə meneceri Korin Rotari (Corin Rotary) başçılıq edir.

Forumda iştirak edən Azərbaycan şirkətlərinin sayı 30-a yaxındır.

Xəbər lenti

Xəbər lenti