...

Azərbaycan Mərkəzi Bankı xəzinə infrastrukturu üçün qablaşdırma materiallarını satın alır

Tender müsabiqələri Materials 25 Fevral 2012 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) xəzinə infrastrukturunun fəaliyyətini və əsginazçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satın alınması məqsədilə tender elan edib.

Trend-in məlumatına görə, bu barədə şənbə günü tender komissiyasının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tender proseduru 2012-ci il aprelin 17-də saat 15:00-da AMB-nin binasında keçiriləcək, tender təklifləri və bank təminatları AMB-yə 6 aprel saat 18:00-a qədər, qalan sənədlər isə 16 aprel saat 18:00-dək təqdim edilməlidir.

Tenderdə iştirak hüququ 150 manat təşkil edir.

Mallar müqavilənin imzalandığı gündən etibarən 60 gün ərzində təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti