...

Gəncədə bu xəstəxananın əsaslı təmirinə 2 milyon manat ayrıldı

Tender müsabiqələri Materials 10 Dekabr 2024 09:50 (UTC +04:00)
Gəncədə bu xəstəxananın əsaslı təmirinə 2 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdindəki akademik Zülfüqar Məmmədov adına xəstəxanada əsaslı təmir işləri həyata keçiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi hazırlıqlara başlayıb.

ŞBX sözügedən işlərin icrasını Rayonlararası İstehsalat Kombinatına həvalə edib. Bunun müqabilində şirkətə 1.935.353,81 AZN (1 milyon 935 min 353 manat 81 qəpik) ödəniləcək.

Qeyd edək ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxana 1959-cu ildən fəaliyyət göstərir. Daha əvvəl tibb ocağı Kirovabad şəhər Təcili Tibbi Yardım xəstəxanası,1988-ci ildən isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanası adlandırılıb.

Xəstəxana 3 mərtəbədən və 2 korpusdan ibarətdir. Burada 1960-cı ildən travmatologiya, terapiya və yardımçı şöbələr, 1983-cü ildən isə cərrahiyyə şöbəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti