...

Bakı rusiyalı turistlər üçün populyarlığına görə ilk üçlükdə yer aldı

Turizm Materials 18 Aprel 2018 12:28 (UTC +04:00)
Minsk, Astana və Bakı rusiyalı turistlərin MDB ölkələrinə yaz səyahətləri reytinqində liderlik edir.
Bakı rusiyalı turistlər üçün populyarlığına görə ilk üçlükdə yer aldı

Bakı. Əli Mustafayev - Trend:

Minsk, Astana və Bakı rusiyalı turistlərin MDB ölkələrinə yaz səyahətləri reytinqində liderlik edir.

Trend bu barədə Rusiyanın “TurStat” agentliyinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, Rusiya turistləri MDB ölkələrinə orta hesabla 3 gün müddətinə səfər edir və sutkada 65 dollar xərcləyir.

Turistlər ucuz turlar üçün Kişinyov, Bişkek və Daşkəndi, “lyuks” turlar üçün Astana və Bakını seçir.

2018-ci ilin yaz bayramları üçün populyar şəhərlər arasında Almatı, Düşənbə və Aşqabad da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti