...

"First Class Hospitality" şirkəti yeni layihələrini təqdim edir (FOTO)

Turizm Materials 27 Dekabr 2018 13:27 (UTC +04:00)
Dekabrın 24-də "First Class Hospitality" şirkəti tərəfindən Azərbaycanın qabaqcıl turizm agentlikləri üçün "Boulevard Baku Autograph Collection"da biznes səhər yeməyi keçirilib.
"First Class Hospitality" şirkəti yeni layihələrini təqdim edir (FOTO)

Bakı. Trend:

Dekabrın 24-də "First Class Hospitality" şirkəti tərəfindən Azərbaycanın qabaqcıl turizm agentlikləri üçün "Boulevard Baku Autograph Collection"da biznes səhər yeməyi keçirilib.

"First Class Hospitality" şirkətinin təqdimatı bir neçə hissədən ibarət olub və tur şirkətlərini bütün mövcud olan, yeni və qarşıdakı layihələri ilə tanış edib. Daha sonra şirkətin portfoliosu təqdim olunub:

Edem Resort & Medical Spa - qonaqlara tibb baxımından hərtərəfli yeni yanaşma, uzunömürlülük, bərpa və detoksifikasiya üçün ən yaxşı proqramlar, habelə stresdən azad olmaq üçün unikal yollar təklif edən sağlamlıq kompleksli 5 *hoteldir.

Salute Africa - Cənubi Afrika, Botsvana, Keniya, Tanzaniya, Zanzibar, Zimbabve, Zambiya, Uqanda, Ruanda, Mozambik və Madaqaskar, Mauritius, Lesoto və Svazilend kimi səyahət paketlərində ixtisaslaşan DMC şirkətidir.

Qısacası, bu şirkət Cənubi Afrikada sizin şəxsi bələdçiniz olacaq və sizi planetin ən sirli qitəsi ilə tanış edəcəkdir.

Kruizlər - Gəmi ilə bir çox ölkələrin limanlarında dayanmaqla bir neçə günlük dəniz səyahəti. Əsasən bəyaz gəmi ilə səyahət və “hər şey daxil” prinsipi ilə möhtəşəm menyu. Təqdim edilən kruiz şirkəti dünyanın müxtəlif yerlərində dəniz yolları və dünya kruiz sənayesinin ən yaxşı təkliflərini təqdim edir.

"First Class Hospitality" hazırda "Prime Management & Consulting" şirkətlər qrupunun hissəsi, Azərbaycanda və regionda 5* hotellərin, DMC şirkətlərin və turizm burolarının eksklüziv nümayəndəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti