...

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb

Turizm Materials 25 Oktyabr 2021 09:08 (UTC +04:00)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb

Bakı. Maryana Əhmədova - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 57 509 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,7 faiz azdır.

Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına istinadən məlumat verir.

Bu göstərici ilə Azərbaycan Gürcüstana səfər edən vətəndaşların sayına görə yeddinci yerə qərarlaşıb.

Ümumilikdə, hesabat dövründə Gürcüstana 1,3 milyon turist səfər edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti