...

Zimbabvedə 200 fil öldürüləcək

Turizm Materials 15 Sentyabr 2024 07:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zimbabve hakimiyyəti, ölkədəki misli görünməmiş quraqlıq və bunun səbəb olduğu qida çatışmazlığı səbəbindən 200 filin öldürülməsini planlaşdırır. Eyni zamanda, bu tədbir, sürətlə artan fil populyasiyasını idarə etməyə yönəldilib.

Trend-in ölkənin Ekologiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, Zimbabvedə fil sayı ehtiyacdan çoxdur. Bu səbəbdən hökumət, təbiət parkı ZimParks-ın mütəxəssislərinə bu heyvanların kəsilməsinə başlamağı əmr edib.

Mütəxəssislərin verdiyi məlumata görə, Zimbabvedə təxminən 100 min fil yaşayır və ölkə fil populyasiyasına görə Botsvanadan sonra ikinci yerdədir.

Hökumət, bu addımın su təchizatındakı problemləri azaltacağına və quraqlıq səbəbindən aclıq çəkən minlərlə insanı ətlə təmin edəcəyinə ümid edir.

Xəbər lenti

Xəbər lenti