...

Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemini dəyərləndirdi

Cəmiyyət Materials 24 Oktyabr 2014 10:56 (UTC +04:00)
İnsan hüquqları və azadlıqlarının müdafiəsinin təminatında öz rolunu dərk edən Ali Məhkəmə öz işini İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının şərhi, tətbiqi və icrasına görə bütün məsuliyyətin milli hakimiyyət orqanlarının üzərinə düşməsini nəzərə almaqla qurur.
Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemini dəyərləndirdi

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

İnsan hüquqları və azadlıqlarının müdafiəsinin təminatında öz rolunu dərk edən Ali Məhkəmə öz işini İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının şərhi, tətbiqi və icrasına görə bütün məsuliyyətin milli hakimiyyət orqanlarının üzərinə düşməsini nəzərə almaqla qurur. Trend xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

R.Rzayev qeyd edib ki, görülən tədbirlər nəticəsində Azərbaycanda müstəqil hakimlərin seçilməsi təmin olunub.

O, ölkə qanunvericiliyinin tam yeniləndiyi, ölkədə yeni hüquq sisteminin qurulduğu və hüququn tətbiqi, xüsusi olaraq məhkəmələrin Avropa Konvensiyasının tələblərinə uyğun vəziyyətə gətirildiyi barədə məlumat verib.

Ali Məhkəmə sədrinin sözlərinə görə, məhkəmələrin işində Avropa Konvensiyasının normalarının birbaşa tətbiqi təmin edilib.

R.Rzayev qeyd edib ki, milli qanunvericilik Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarından sonra milli məhkəmələrin qərarlarının yenidən araşdırılmasını həyata keçirmək vəzifəsini qoyur: "Biz bu və ya digər qərarın nəzərdən keçirilməsini ölkə qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlil və müşahidə olunması, məhkəmələrin təkrar səhvlərindən imtina olunması üçün Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmağa xüsusi diqqət yetiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti