...

Rusiyanın Cənubi Qafqazda vasitəçi kimi təsiri sonsuz deyil – analitik Sabina Freyzer

Nəzər nöqtəsi Materials 15 Yanvar 2010 19:49 (UTC +04:00)
Dağlıq Qarabağa dair Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasında Rusiyanın böyük potensialı olsa da, vasitəçilik imkanları sonsuz deyil. International Crisis Group Avropa proqramının direktoru Sabina Freyzer belə hesab edir.
Rusiyanın Cənubi Qafqazda vasitəçi kimi təsiri sonsuz deyil – analitik Sabina Freyzer

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir Y.Ostapenko/

Dağlıq Qarabağa dair AzərbaycanErmənistan arasında razılığın əldə olunmasında Rusiyanın böyük potensialı olsa da, vasitəçilik imkanları sonsuz deyil. International Crisis Group Avropa proqramının direktoru Sabina Freyzer belə hesab edir.

"Rusiya bütün beynəlxalq oyunçuların fonunda müqavilənin imzalanmasına nail olmaq üçün böyük imkanlara malikdir, lakin yenə də Rusiya hər şeyə qadir deyil, - cümə axşamı Freyzer telefon vasitəsilə Trend -a deyib. - Razılıq, hər iki ölkə ictimaiyyətinin əsaslı prinsiplər qəbul etməyə hazır olacağı zaman mümkün ola bilər".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Rusiyanı 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası zəminində baş vermiş Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb. Putin isə öz növbəsində, bu məsələyə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

Freyzerin fikrincə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərərək Cənubi Qafqazda sülhə nail olmaq üçün can atması olduqca fərəhləndiricidir. Lakin Türkiyə ilk növbədə dərk etməlidir ki, Rusiya bu problemi həll etmək üçün kifayət qədər vasitələrə malik deyil.

"2008-ci ilin noyabrında qəbul edilmiş Moskva bəyannaməsi Rusiyanın kifayət qədər təsirinin olmamasına nümunədir, - Freyzer deyib. - Rusiya rəhbərliyi həqiqətən də addım atıb və hər iki prezidentin müqavilə imzalamasına nail olub, lakin bundan sonra heç nə dəyişilmədi və tərəflər hər şeyi əhatə edən müqaviləyə doğru yaxınlaşmadı".

Rusiya FransaABŞ ilə yanaşı, 1994-cü ildə tərəflərin münaqişənin nizamlanması üzrə atəşkəs rejiminə nail olmasından sonra sülh danışıqları aparan ATƏT-in Minsk qrupunun həmsədridir. Münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb və Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Türkiyə vasitəçi deyil və birbaşa danışıqlar prosesinə cəlb oluna bilməz.

Freyzerin sözlərinə görə, Türkiyə Rusiyanın Ermənistanla daha sıx işləməsinə təkan verməyə çalışır ki, o da öz növbəsində danışıqlarda əlavə güzəştlərə getsin. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təkcə Rusiyanın deyil, həm də digər oyunçuların, o cümlədən ABŞ və Avropa İttifaqının daha aktiv cəlb olunmasını görmək istərdi.

Freyzer ATƏT-in bütün ölkələrinin, o cümlədən Rusiyanın fəallığını müsbət qiymətləndirib. O qeyd edib ki, bu proseslə bağlı Azərbaycanda və Ermənistanda baza prinsipləri üzrə geniş diskussiyalar aparılmalıdır. Belə ki, saziş yalnız o zaman mümkün ola bilər ki, hər iki ölkə ictimaiyyəti onu qəbul etməyə hazır olsun.

"Bu prinsiplər Azərbaycan və Ermənistanı nə Rusiya, nə də ABŞ-la bağlaya bilməz və əsas münaqişə tərəflərinin ictimaiyyətləri ilə razılaşdırılmalıdır", - Freyzer deyib.

Minsk qrupunun 2007-ci il noyabr ayında Madrid sammitində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə rəsmən təqdim etdiyi təkliflər bugünkü danışıqların əsasını təşkil edir. "Baza prinsipləri" kimi tanınan bu təkliflər Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 2004-ci ildən Praqada keçirilən və "Praqa prosesi" adlandırılan bir neçə görüşünün nəticəsində əldə edilib. 

"Baza prinsipləri" dedikdə, Dağlıq Qrarabağ statusunun sülh prosesinin sonuncu mərhələsində ümumxalq səsverməsi yolu ilə təyin edilməsi nəzərdə tutulur. Buna qədər isə digər tədbirlər, o cümlədən güc tətbiq olunmamalı, qarşılıqlı etimad yaranmalı, Ermənistan qoşunları tədricən işğal olunmuş ərazilərdən çıxarılmalı, məcburi köçkün və qaçqınların qayıtması, ticarətin bərpası həyata keçirilməlidir.

Freyzerin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərin əldə edilməsi Türkiyə üçün son dərəcə vacibdir. Türkiyə Azərbaycana Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmayanadək bu dövlətlə sərhədləri açmayacağına dair söz verib. Türkiyə həmçinin ötən ilin oktyabr ayında imzalanan protokollara əsasən Ermənistanla sərhədləri açmalıdır.

Əlaqələrin bərpa edilməsi barədə protokollar keçən ilin oktyabr ayında Sürixdə imzalanıb. Ermənistanın Konstitusiya Məhkəməsi yanvarın 12-də Türkiyə-Ermənistan protokollarının konstitusiyaya uyğun olduğunu qəbul edib və sənədləri baxılması üçün ölkə parlamentinə təqdim edib.

"İndi Türkiyənin protokollar və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması arasında yaratdığı qarşılıqlı əlaqələr səbəbindən sonuncuda irəliləyişin əldə edilməsi Ankara üçün çox vacibdir", - Freyzer deyib.

Əgər yaxın aylarda protokollar Türkiyə Parlamentində ratifikasiya olunmazsa və Ermənistan Parlamentindən keçərsə, bu qənaətə gəlmək olar ki, Türkiyə öz öhdəliklərini dəyişib. Bu, Freyzerin sözlərinə görə, Türkiyənin xarici siyasətinin əsas məqsədini - Cənubi Qafqazda stabillik və süllhün təmin ediliməsində əhəmiyyətli rol oynamaq istəyini sarsıdacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti