...

Məlahət İbrahimqızı: Müxalifət bəzi xarici ölkələrin dəstəyi ilə Azərbaycanın inkişafına kölgə salmağa çalışır

Nəzər nöqtəsi Materials 24 Sentyabr 2016 12:16 (UTC +04:00)
Azərbaycanda müxalifət nəyə əsasən mitinq keçirdiklərini bilmirlər. Bunu Trend-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Məlahət İbrahimqızı: Müxalifət bəzi xarici ölkələrin dəstəyi ilə Azərbaycanın inkişafına kölgə salmağa çalışır

Bakı. Samir Əli - Trend:

Azərbaycanda müxalifət nəyə əsasən mitinq keçirdiyini bilmir. Bunu Trend-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, sosial bazası olmayan müxalifət gündəmdə qalmaq üçün nə hərəkət etdiyini bilmir: "Onlar belə lazımsız tədbirlərdənsə oturub düşünməli, özlərində islahat etməlidirlər. Əgər gərəkli bir iş görmək istəyirlərsə, əvvəlcə öz üzərlərində çalışmalıdırlar. Azərbaycan xalqı birmənalı olaraq onları qəbul etmir, güvənmir. Xalqımız öz rifah yolunu seçib. Azərbaycan xalqı onların hakimiyyət dövrünü yaşayıb, başlarına gələnləri dərk edib. 24 il əvvəl indiki müxalifət hakimiyyətdə olanda Azərbaycan xalqı hansı vəziyyətə düşdü? O vaxt xalq nə gündə idi? Köçkün vəziyyətində, çörək növbələri, məvacib ala bilmirdilər, əhali səfalət içində yaşayırdı. Hərə bir quldur dəstəsi yaradıb Azərbaycanda bildiyini edirdi, ölkənin nizami ordusu yox idi. Bu insanlar o dövrü bir dəfə yaşadılar və artıq indiki müxalifətin kim olduğunu dərk etdilər".

M.İbrahimqızı bildirib ki, Azərbaycan xalqı o vaxtkı vəziyyəti gördüyü üçün bir daha bəlaya düçar olmaq istəmir: "Sadəcə olaraq müxalifət bəzi xarici ölkələrin dəstəyi ilə Azərbaycanın inkişafına kölgə salmağa çalışır. Mitinq dedikləri toplantılara da kütlə toplaya bilmirlər, özləri yığışıb fikirlərini bildirib dağılışırlar. Son mitinqlərinə isə heç 200 adam toplaya bilməmişdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti