Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması

Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması

Bakı. Trend:

Heydər Əliyevin zəngin irsi hələ uzun illər tədqiqat, araşdırma mövzusu olacaq

“Heydər Əliyev kimi tarixi şəxsiyyətlər min ildə bir dəfə doğulur, belə insanlar dünyanın ləl-cavahiridir”, “Heydər Əliyev tarixin yetişdirdiyi güclü şəxsiyyət və böyük siyasi xadim idi”, “Heydər Əliyev türk dünyasına işıq saçan bir çıraqdır”, “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir”, “Nə yaxşı ki Heydər Əliyev vardı…”,…

Ulu Öndər haqqında nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə səsləndirilən bu dəyərləndirmələr sonsuzdur. Bu yanaşmalar əsasında özlüyündə yaranan “Ulu öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı necə görmək istəyirdi” sualı ətrafında müasir tariximizin dönüş nöqtəsi kimi dəyərləndirilən 14 iyul 1969-cu ildən başlanan yola bir baxış keçirib, “Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür” tezisinin yaranmasını şərtləndirən amilləri bir daha diqqətə çatdırmağı özümüzün vətəndaşlıq borcu hesab edirik. Bu fikri bu gün hər kəs böyük inam və fəxr hissi ilə qeyd edir ki, nə zamansa dahi şəxsiyyət Heydər Əliyevlə təmasda olmuş, işləmiş, hətta kənardan müşahidə etmiş insanlar belə real olduğu qədər də əfsanəvi bir şəxsiyyəti tanımağın bəxtiyarlığını yaşamaqdadırlar.

Dahi şəxsiyyət Heydər Əliyev haqqında söylənilən bu fikirlə yazını davam etdiririk: “Əslində, Heydər Əliyev kimi milli olduğu qədər də bir dünya adamı olan insanlar haqqında son söz deyilməz. Zaman ötdükcə, illər uzaqlaşdıqca xatirələr daha da isinir, bu dünyada miras qoyduqları xeyirxah əməllərin timsalında ikinci, zənnimcə, daha önəmli və uzun ömürlərini - mənəvi həyatlarını yaşayırlar… Zaman sürətlə irəli şütüyür. Gənc nəsil də coşqun sürətə tabe olaraq sabaha doğru addımlamaqdadır. Ancaq keçmişlə sıx əlaqəni təmin etmədən hər hansı bir irəliləyişdən bəhs etmək mənasızdır. Azərbaycan xalqı bu gün böyük bir inkişaf və rifah yolundadır… Belə bir etibarlı tarixi varislik nümunəsi öndər siyasətçi, misilsiz dövlət xadimi, kamil şəxsiyyət və Azərbaycan xalqının böyük sevdalısı Heydər Əliyevin timsalında mümkün olmuşdur”.

Ümummilli lider Heydər Əliyevin timsalında bu fikri də böyük əminliklə qeyd edirik ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyətindən bəhs etmək üçün bütöv bir xalqın, dövlətin tarixini vərəqləmək gərəkdir. Ulu öndər Heydər Əliyev məhz belə xoşbəxt şəxsiyyətlərdən idi. Bu gün təntənə ilə qeyd etdiyimiz 50 illik yol tarix yaradan şəxsiyyət kimi nüfuz qazanan Ümummilli Liderin xidmətlərinin, Vətəninə, xalqına sevgisinin aydın mənzərəsini formalaşdırır.

Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələr

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olması ilə Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Həmin illərdə ölkəmiz iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Respublika iqtisadiyyatının bir çox sahələrində, sənayedə, kənd təsərrüfatında mənfi meyillər özünü göstərirdi. Azərbaycan o illərdə keçmiş İttifaqın ən geridə qalmış ölkəsinə çevrilmişdi. İqtisadi tənəzzül əhalinin sosial vəziyyətinə də öz mənfi təsirini göstərirdi. Qeyd etdiyimiz kimi, istehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda tətbiq olunmurdu. Ümumilikdə Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsini yaşayırdı. Yaranmış vəziyyətdən çıxış yolu tapılmalı, köklü struktur islahatları həyata keçirilməli idi.

Məhz o zaman ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi ilə həyatın bütün sahələrində sürətli inkişaf, milli ruhun oyanışı, milli özünüdərk dövrü yaşandı. Bu fakt inkaredilməzdir ki, Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən sonrakı dövrün xarakterik cəhətlərindən biri də bu oldu ki, gərgin səylərin, uğurlu addımların nəticəsində Azərbaycan haqqında nəinki keçmiş İttifaqda, hətta dünyanın bir çox ölkələrində fərqli yanaşma formalaşdı: respublikamız təkcə nefti deyil, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir ölkə kimi tanındı. Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı, gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.

Ölkənin inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü üçün xarakterik idi. Azərbaycanda o illərdə yüngül sənaye inkişaf etdirildi, yüzlərlə fabrik, zavod, kombinat tikildi, 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.

1970-ci illərdə Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Bakının və respublikamızın bütün bölgələrinin siması dəyişdi, mənzil tikintisi geniş vüsət aldı. Bu gün paytaxt Bakımıza, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın əsasını təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zolaqları, istirahət ocaqları, neçə-neçə yollar Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin nəticəsi idi. Azərbaycan keçmiş İttifaq respublikaları arasında öz infrastrukturuna görə digərlərini geridə qoydu. Davamlı addımlar nəticəsində Azərbaycan iqtisadiyyatı İttifaq asılılığından xilas oldu. Azərbaycanın 1969-cu ildən başlanan yolunu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev belə xarakterizə edir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqıcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir”.

Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1969-1982-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələri təşkil edir.

Milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı

1969-1982-ci illərin başlıca məzmunu azərbaycançılıqdır. Belə ki, bu amalın ən parlaq səhifələri də elə həmin illərdə yazılıb. Ulu öndər Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyə səy göstərmişdir. Bu baxımdan onun 14 iyul 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Ümummilli Lider xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi istiqamətində ciddi addımlar atdı. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını aldı. Bu isə öz növbəsində milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, Ümummilli Lider Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratmışdı. Azərbaycan rəhbərliyinə seçildiyi ilk günlərdən Ulu Öndərin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dilinə xüsusi diqqət yönəldildi. Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.

Təbii ki, bu addımlar səbəbsiz deyildi. Əbəs yerə deyilmir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Qeyd etdiyimiz kimi, keçmiş İttifaqda xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Dahi şəxsiyyətin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlar sırasında yer alan gənclərimizi keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsinin əsasında da elm və kadr potensialının gücləndirilməsi ilə yanaşı, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği dayanırdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması və sair kimi bir-birindən mühüm addımlar ulu öndər Heydər Əliyevin bu günümüz üçün hesablanmış konsepsiyasının əsas tərkib hissələri idi. Dahi şəxsiyyət bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın «Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı» mövzusunda çıxışında söylədiyi “Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətənin- Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Hüseyn Cavidin nəşini uzaq soyuq Sibirdən vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün bir-birindən əhəmiyyətli tarixi- mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayanda o, bizlərə “Bu Vətən sənin, mənim, hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi” fikirlərinə istinad etsək, özünün də qeyd etdiyi kimi, “Azərbaycan və Heydər Əliyev qırılmaz tellərdir” fikrinin böyük məna kəsb etdiyini daha aydın görər, mahiyyətini daha dərindən dərk edərik.

O zamanın qanunları ilə idarə olunan bir cəmiyyətdə ölkə rəhbərinin sözün yaxşı mənasında millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, daxili sarsıntılarla dolu olduğuna işıq salır. Dahi şəxsiyyət bu çətinlikləri, maneələri dəf edərək Azərbaycanın bugünkü reallıqları üçün möhkəm bazanı formalaşdırıb.

Həqiqətlərə real baxış, çatışmazlıqlara tənqidi yanaşma

Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildikdən sonra həmin illərin reallıqlarına diqqət yetirdikdə, artıq dövrün tələbinə uyğun şişirdilmiş rəqəmlərin, yalana əsaslanan fikirlərin əksinə olaraq baş verən hadisələrə daha obyektiv yanaşmanın, tənqidin şahidi oluruq. Ulu öndər Heydər Əliyev diqqəti uğurlardan çox respublikanın partiya və sovet orqanlarındakı ciddi çatışmazlıqlara yönəldirdi. Ümummilli Lider ölkədəki neqativ hallara münasibət bildirir, kadr siyasətindəki nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları diqqətə çatdırır, bu halların aradan qaldırılması üçün zəruri proqramların icrasını təmin edirdi. Ümummilli lider Heydər Əliyevin bu tənqidi yanaşmaları, çatışmazlıqlara göz yummaması ölkə ictimaiyyətində bu əminliyi yaradırdı ki, respublikanın yaşadığı problemlər qısa müddətdə öz həllini tapacaq, Azərbaycan daha da irəli gedəcək. Bu ümidlər qısa müddətdə özünü doğrultdu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsində çalışarkən “Literaturnaya qazeta”nın xüsusi müxbirinin “Biz şəhərlərdə və kəndlərdə zəhmətkeşlərlə söhbət etdikdə hər yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyyətlər yaxşı idarəetmə və səriştəli rəhbərliklə bağlıdır. Respublika həyatının özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq bilmək istəyirik ki, yerlərdə bu cür işçilər neçə tapıldı” sualına cavabını xatırlamaq istərdik: “Belə işçilər həmişə olmuşdur. Mən əvvəllər də demişəm ki, əgər adamların böyük əksəriyyətinin namuslu yaşayıb işlədiyinə inanmasaydıq və bunu dönə-dönə yəqin etməsəydik, heç bir dəyişikliyə nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq, gözdən pərdə asmaq üzündən çox vaxt onların əməyi zay olurdu. Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara qabiliyyətlərinə uyğun iş verilmirdi…Biz kadr hazırlığına xüsusi əhəmiyyət veririk”.

Ulu Öndər həmin müsahibəsində dövrün çağırışlarından olan rüşvətxorluqla mübarizə məsələsinə də diqqət yönəltmişdir. Müxbirin “Məndə belə bir təəssürat oyandı ki, Sizdə rüşvətxorluq cinayətin hər hansı başqa növünə nisbətən daha çox nifrət oyadır… Nə üçün məhz rüşvət” sualına cavab olaraq bildirmişdir ki, ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir.

Ulu öndər Heydər Əliyevin rüşvətxorluğa qarşı mübarizə tədbirlərini gücləndirməsi, kommunizm ideologiyasına qarşı sərt mövqeyi və sair kimi zəruri addımları göstərdi ki, onun bütün səyləri gələcəyə, bu günümüzə hesablanıb.

Kadr hazırlığı dövrün əsas tələbinə çevrilmişdi

1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətinin respublika daxilində hazırlanması məqsədilə məktəb tikintisi genişləndirildi, ali təhsil ocaqlarının sayı artırıldı, onların maddi-texniki bazası möhkəmləndirildi. Ümummilli Liderin təşəbbüsü və gərgin əməyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. İlk dəfə olaraq ölkədə hərbi kadrlar yetişdirilməyə başlandı. Bundan əlavə, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Qısa zamanda bu gənclərin sayı 1000-ə çatdırıldı. Bu gün ölkənin bu və ya digər sahələrində çalışaraq davamlı inkişafa töhfələr verən insanların böyük əksəriyyəti bu imkandan bəhrələnən şəxslərdir.

1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, alimlər ordusunun yetişməsi, mədəniyyətin çiçəklənməsi və sair nailiyyətlər göstərdi ki, ulu öndər Heydər Əliyev atdığı hər addımda Azərbaycanın müstəqil gələcəyini düşünmüşdür. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hakimiyyətinin birinci dövründə zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaratmışdır.

Müstəqilliyə gedən yolun başlanğıcı

Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə müstəqil yaşadığımız bu günləri görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Yeni, müstəqil Azərbaycanı hələ o illərdən qurmağa başlamışdı. Dahi şəxsiyyətin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdı. Onun o illərdə başladığı layihələr, təşəbbüsü ilə tikilən müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət edir.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. İlk dəfə idi ki, azərbaycanlı böyük dövlətdə yüksək vəzifəyə layiq görülmüşdü. O illərdə Azərbaycanda proseslər hələ də öz axarı ilə gedirdi.

Lakin 1980-ci illərin ortalarından Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdı.

Həmin illərdə hadisələrin gedişinə diqqət yetirək. Mixail Qorbaçovun erməni sevgisinin dərin köklərə malik olduğu inkaredilməz idi. O, Moskvada Mərkəzi Komitədə işləyərkən ermənilərlə əlaqəsini daha da möhkəmləndirdi. 1985-ci ildə Sov. İKP.MK.-nın Baş katibi M.Qorbaçov yenidənqurma, aşkarlıq, demokratiya pərdəsi altında keçmiş İttifaqı dağıtmağa başlayanda onun dəstəkçiləri ermənilər idi. M.Qorbaçovun xarici ölkələrə həyat yoldaşı Raisa ilə səfərləri, bu zaman ermənilərlə görüşlərə daha çox maraq göstərmələri, həmin görüşlərdə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin daha çox müzakirə edilməsi həmin illərin xarakterik və diqqət çəkən məqamlarından idi. Bu fakt da inkaredilməzdir ki, İttifaqın “qardaşlıq ailəsinə” milli ayrı-seçkilik toxumunun səpilməsində Qorbaçov və onun məsləhətçiləri olan ermənilər xüsusi səylər göstərmişdilər.

Tarixə nəzər saldıqca növbəti proseslərin cərəyan etməsi üçün ssenarilərin planlı şəkildə aparıldığını aydın görmək mümkündür.

Kreml Ə.Vəzirovu Azərbaycan KP MK –nin birinci katibi vəzifəsinə göndərdi. Bütün bu ssenarilərin müəllifi Qorbaçov idi. Nəhayət, 1987-ci ilin oktyabr ayında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan sonra Azərbaycana təzyiqlər daha da artdı. 1988-ci ilin fevral ayından isə erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi uğrunda açıq mübarizəyə başladılar. M.Qorbaçovun bu məsələdə ermənilərin tərəfini saxlaması Azərbaycanı ayağa qaldırdı. Respublikanın rəhbərləri, xüsusilə Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, AXC-Müsavat hakimiyyəti xalqın səsinə səs vermədi, əksinə, bu məsələdə Moskvanın siyasətini dəstəklədilər.

Ümummilli Liderin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsindən sonra Azərbaycanın problemləri yenidən başladı. Bu hadisədən iki həftə sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya atıldı. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçılıq siyasətinə başladılar. Ermənilərin 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiaları nəticəsində bu gün 20 faiz torpaqlarımız işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. 1988-ci ildə Sumqayıt, 1990-cı ildə isə 20 Yanvar hadisələri baş verdi. 1992-ci ildə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı törədildi.

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrdə Azərbaycan xalqının başına nə qədər bəlalar gətirilmişdir. Dövlətimizin başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “O illərdə- 1987-1993-cü illər ərzində Azərbaycanın, demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitlikdə fərqlənən yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildi. Bir tərəfdən erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verirdilər və işğalçıları yerində oturdurdular. Digər tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik bütün vasitələrlə çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın”.

Amma xalq həm Naxçıvanda, həm də bütövlükdə Azərbaycanda öz səsini qaldıraraq vəziyyətdən yeganə çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında gördü və ona müraciətlər ünvanlanmağa başladı. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları və xalqın istəyi oldu.

Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin rəhbərliyi ölkəmizi ağır problemlərlə, ən əsası müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Tarixin təkrarlanması ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başladı. Bu gün böyük əminliklə və fəxrlə söylədiyimiz reallıqlarımızdan biri budur ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə qurulan və günbəgün möhkəmlənən iqtisadi əlaqələri, dünya iqtisadiyyatına inteqrasiya, kadr hazırlığı, idarəçilik sistemində təkmilləşmə və sair kimi mühüm uğurlarımız 1969-1982-ci illərdə təməli qoyulmuş potensiala əsaslanır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» söyləyərək atdığı hər addımında həyatını özünə yox, xalqına həsr etdiyini təsdiqləyən ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə ən böyük xidmətlərindən biri məhz 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Azərbaycanın artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır olmasına yaratdığı möhkəm baza idi. XX əsrin əvvəllərində müstəqilliyinə qovuşan Azərbaycan xalqı bu sevinci obyektiv səbəblərdən cəmi 23 ay yaşasa da, millətimizin azad, müstəqil yaşamaq istəkləri sönmədi, daha da alovlandı. Baxmayaraq ki, müstəqilliyimizin ilk illəri tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül dövrü kimi daxil olub, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı 1969-1982-ci illərdə yaradılan möhkəm baza əsasında müasir müstəqil Azərbaycanın qurulmasına, davamlı inkişafına, ən yüksək zirvələri fəth etməsinə, iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi tanınmasına geniş imkanlar açdı.

Yazıda dahi şəxsiyyət Heydər Əliyevin keçmiş İttifaq dövründə Azərbaycan üçün gördüyü işlərin, taleyüklü məsələlərin yalnız az bir hissəsini sadaladıq. Azərbaycanın bu günü, gələcəyi üçün hesablanmış inkişaf konsepsiyasının reallaşması isə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə Böyük Qayıdışı ilə mümkün oldu.

Vüqar Rəhimzadə

“İki Sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Loading Bars
Xəbər lenti
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Bütün xəbərlər