Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/
Maltanı Azərbaycanda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən Kurt Kalleya Bakıda pərəstişkarları ilə görüşüb.
Trend-in çərşənbə axşamı müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt sakinlərinə və qonaqlarına sürpriz edən müğənni onlarla fleşmoba qoşulub, onlarla birlikdə Maltanın müsabiqəki "This İs The Night" mahnısının sədaları altında rəqs edib.
Kalleya "Eurovision" səhnəsindəki rəqsinin bir hissəsini fanatları ilə birgə edib. Yüzlərlə pərəstişkar isə onun səhnə hərəkətlərini təkrarlayıb.
Qeyd edək ki, Malta təmsilçisi belə bir fleşmobu öz ölkəsində də keçirmişdi.