...

Əfqanıstanda istehsal olunan narkotik maddələrin həcmi 8 milyon kq-a çatıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ ABŞ-ın Əfqanıstanda olduğu vaxt ərzində, bu ölkədə narkotik maddələrin istehsalı 8 milyon kq-a çatıb. İRNA xəbər verir ki, bu barədə İranın Narkotik Maddələr Üzrə Mübarizə Orqanının baş katibi general İsmayıl Əhmədi Müqəddəm bazar ertəsi Tehranda müsəlman ölkələrin səfirləri ilə keçirilən iclasda bildirib ki,

İ.Əhmədi Müqəddəm bildirib ki, ABŞ terrorizm ilə mübarizə bəhanəsi ilə Əfqanıstanı işğal edib, ancaq onların gəlişindən sonra narkotik maddələrin istehsalı qat-qat artıb. O əlavə edib ki, İran ölkə daxilində narkotik maddələrin yayılması ilə siddi mübarizə edir və bu maddələrin İran ərazisindən xarici ölkələrə tranzitinə mane olur. İ.Əhmədi Müqəddəm müsəlman ölkələrin səfirlərinə bildirib ki, İran daxili və xarici sahədə narkotik maddərlə mübarizə üçün lazımi planları həyata keçirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti