...

Kamikadzelər İsrailə Misirdən gəliblər-israilli ekspertlər

Dünya xəbərləri Materials 4 Fevral 2008 18:42 (UTC +04:00)

İsrail radio və televiziyalarında səslənən şərhlərdə təhülkəsizlik üzrə ekspertlər iki fələstinli kamikadzenin İsrail ərazisinə, çox güman ki, Misirdən daxil olduqlarını bildirirlər. Onlar Misirə Qəzzə zolağından keçiblər. Bu barədə NEWSRU Agentliyi məlumat verib.

Ekspertlər "Əl-Əksa qurbanları briqadası" (FƏTH) terror qrupunun rəhbərliyinin döyüşçülərin israillilərin müdafiə tikililərini ötərək, İsrail ərazisinə daxil olmalarını iddia etməsinin həqiqətə uyğun olmadığını bildirilər. Belə ki, bu hadisə haqqında hərbçilər, polis və xüsusi xidmət orqanlarında məlumat olmalıydı.

Terror təşkilatlarının digər fəalları ilə Dimona daxil olan döyüçülər, görünür ki, əvvəllcə yanvarın sonunda, minlərlə fələstinlinin sərhədyanı divardakı "deşiklərdən" Sinaya keçdikləri vaxt Misirə daxil olublar.

Xəbər lenti

Xəbər lenti