Avropa Şurası (AŞ) Nazirlər Kabinetinin sədri, İsveçrənin xarici işlər naziri Karl Bildt və AŞ-nin Baş katibi Terri Devis bazar ertəsi Tbilisiyə gələcəklər. Bu barədə "İnterfaks" agentliyi xəbər verib.
AŞ-nin Tbilisidəki nümayəndəliyindən verilən məlumata görə, nümayəndə heyəti saat 16:00-da Tbilisi beynəlxalq aeroportunda olacaq.
Nümayəndə heyətinin üzvləri Gürcüstan prezidenti və parlament sədri ilə görüşəcəklər.