...

Levan Kobiaşvili üzərində "Qazprom" yazılmış köynəkdə oynamaqdan imtina edib

Dünya xəbərləri Materials 13 Avqust 2008 12:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Almaniyanın "Şalke 04" klubunun (Qelzenkirxen) gürcü futbolçusu Levan Kobiaşvili Çempionlar Liqasının birinci oyununda Rusiyanın Gürcüstana qarşı təcavüzünə etiraz olaraq klubda oynamaqdan imtina edib.

"Mən üzərində "Qazprom" yazılan köynəkdə oynaya bilmərəm", - deyə o, Gürcüstanın "Sarieli" idman qəzetinə bildirib.

Rusiyanın "Qazprom" şirkəti alman klubunun sponsorudur.

Kobiaşvili bildirib ki, Rusiyanın təcavüzü davam etdirdiyi bu günlərdə hamı Gürcüstanı dəstəkləməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti