...

İran İsrail nazirinin təhdidinə qarşı qəti etirazla çıxış edib

Dünya xəbərləri Materials 10 Sentyabr 2008 13:39 (UTC +04:00)

"Jerusalem Post" qəzetinin çərşənbə günü yazdığına görə, İran, İsrailin prezident Məhmud Əhmədinejadın mümkün qaçırılması və İslam Respublikasına münasibətdə güc tətbiqinə dair təhdidinə qarşı qəti etirazla çıxış edib və tərəddüdsüz cavab zərbəsi endirəcəyini bəyan edib.

İranın BMT-dəki daimi nümayəndəsinin Baş katibi Pan Gi Muna yazılan məktubda "Mossad"ın keçmiş əməkdaşı Rəfi Eytanın Əhmədinejadın qaçırılmasının "münasib variant" olmasına dair şərhi bardə danışılır. Həmçinin İran İsrailin müdafiə naziri Exud Barakın İrana qarşı güc tətbiq edilməsi ehtimalı barədə növbəti təhdidini mənfi qiymətləndirib.

"İslam Respublikasının digər ölkələri heç zaman təhdid etməməsinə baxmayaraq, biz İran millətinə qarşı istənilən hücumun cavabında özümüzü müdafiə üçün tərəddüd etmədən hərəkət edəcəyik" - məktuda deyilir.

İsrailin diplomatik missiyası İranın BMT-dəki səfirinin məktubuna reaksiya göstərməyib.

"Mossad"ın keçmiş operativ əməkdaşı Rəfi Eytan alman həftəliyi "Der Spiegel"ə müsahibəsində bildirib ki, "köhnə nasistlərin ovlanması əsri başa çatıb, lakin bu o demək deyil ki, belə əməliyyatlar tam olaraq keşmişdə qalıb. Elə ola bilər ki, İran prezidenti Mahmud Əhmədinejad kimi lider qəflətən Haaqada beynəlxalq məhkəmə qarşısında dursun".

Xəbər lenti

Xəbər lenti