...

Tibetdə yağan güclü qar azı 7 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 31 Oktyabr 2008 07:25 (UTC +04:00)
Tibetdə yağan güclü qar azı 7 nəfərin həyatına son qoyub

Çinin muxtar rayonu olan Tibetdə ardı kəsilməyən qarın yağması nəticəsində azı 7 nəfər ölüb, yerli KİV xəbər verir.

Yerli hökümətin verdiyi məlumata görə, keçən bazar başlayan qar yağmaları tarixdə ən güclü olublar, RİA Novosti xəbər verir.

Təbii fəlakət artıq 7 nəfərin həyatına son qoyub, bir nəfər isə itkin düşüb. Mənbə bildirir ki, onlar ya donublar, ya da ki, qarın ağırlığına dözməyən uçulmuş binaların altında qalıblar.

Fəlakət həmçinin ciddi ziyanı mal-heyvandarlığa vurub. İlkin məlumata görə, rayonların birində 144 min heyvan tələf olub.

Bir neçə rayonlarda 36 saat ərzində yağan qarın qalınlığı 2-3 metrə çatır. Rabitə və yol əlaqələri kəsilib.

Hal hazırda rayonun əvvəlki həyatına qayıtması istiqamətində işlər aparılır, zərəl çəkənlərə maddi yardım göstərilir.

Xəbər lenti

Xəbər lenti