...

Gürcüstan ombudsmanı Almaniyaya yola düşür

Dünya xəbərləri Materials 25 Noyabr 2008 11:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xalq müdafiəçisi Sozar Subari çərşənbə axşamı Almaniyaya işgüzar səfərə yola düşəcək. Ombudsman Aparatından Trend -a verilən məlumata görə, Subari Berlinə Bundestaq və federal hökumətin dəvəti ilə yollanacaq. O, "Demokratik proseslərin stabilləşdirilməsi" adı altında keçirilən beynəlxalq forumda iştirak edəcək.

Forumda Bundestaqın insan haqları və humanitar yardım Komitəsinin nümayəndələri, Almaniyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, Cənubi Qafqazda insan haqları müdafiəçisi və hər iki ölkənin parlamentariləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti