...

Əfqanıstan mütəşəkkil korrupsiya və prezident güzəştlərinin qurbanıdır

Dünya xəbərləri Materials 2 Dekabr 2008 18:17 (UTC +04:00)

Əfqanıstan, Kabil, 02 dekabr /Trend , müxbir A.Həkimi / Əfqanıstanın parlament nümayəndələrinin fikrincə, dövlət strukturlarında mütəşəkkil korrupsiya və ölkə prezidenti Hamid Kərzainin güzəştə getməsi ötən bir neçə ildə Əfqanıstanın problemlərinin əsas mənbələridir.

"Əfqanıstan mütəşəkkil korrupsiyanın qurbanına çevrilib. Korrupsiya hallarına daha çox yüksək səviyyəli dövlət qurumlarında rast gəlinir",- deyə Parlament nümayəndəsi Məhəmməd Nur Əkbəri Trend - a bildirib.

Korrupsiya və pul mənimsəmələri Əfqanıstanın ən böyük problemlərindəndir. Əfqanıstan korrupsiyanın ən geniş yayıldığı 5 ölkədən biridir.

Əfqanıstanın keçmiş nəqliyyat naziri Həmidullah Qadiri korrupsiyada ittiham olunaraq həbs olunub. Prokurorluq onun ölkədən çıxmasına qadağa qoyub. Parlament nümayəndələrinin bildirdiyinə görə, nəqliyyat nazirliyi həcc ziyarətinə gedənlərin hər birindən 250 dollar atıq pul alıb.

"İqtisadi cinayətkarlığın əsasını qoyan və onu dəstəkləyən məhz yüksək səviyyəli dövlət rəsmiləridir. Onlar həm də beynəlxalq müqavilələr imzalayır"-deyə Əkbəri bildirib.

Mütəşəkkil korrupsiya Əfqanıstanın inkişafına mane olan ən böyük amillərdəndir.

Əkbəri bildirib ki, Kərzai ötən illərdə korrupsiyaya qarşı mübarizə üzrə müxtəlif komissiyaların təşkili üçün sərəncanmlar verib, lakin problemin qarşısını ala bilməyib.

"Korrupsiyaya qarşı mübarizə aparılmasa, Əfqanıstanın inkişafı mümkün deyil",- deyə Parlamentin digər nümayəndəsi Məhəmməd Əziz Nadim Trend - a bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli məmurların diqqətsizliyi və cəza qanunlarının olmaması da iqtisadi cinayətkarlığın artmasına səbəb olur.

"Ölkədə mütəşəkkil korrupsiyanın artmasının əsas səbəbi beynəlxalq qurumların və xarici ölkələrin Əfqanıstana ayırdıqları yardımlara nəzarət etməməsidir", - deyə Parlamentin digər nümayəndəsi Səbrina Saqib bildirib.

Saqibin fikrincə, Əfqanıstana yardım edən ölkələr tərəfindən ayrılmış yardımlara nəzarət olunarsa, korrupsiyanın qarşısını almaq mümkün olar.

Əfqanıstandakı vəziyyəti araşdırmaq məqsədi ilə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 15 nəfərlik nümayəndə heyəti göndərilib.

"BMT-nin Təhlükəsizlik Şurası tərəfindən göndərilmiş nümayəndə heyəti , parlament nümayəndələri, ictimai qurum rəhbərləri və siyasi partiyalarla görüşsələr, BMT-nin Əfqanıstan məsələləri üzrə strateji layihəsi uğurlu olar", - deyə Saqib bildirib

Bir çoxları BMT - nin korrupsiyaya qarşı mübarizədə rolunu əhəmiyyətli sayır.

Beynəlxlaq ictimaiyyətin Əfqanıstana göstərdiyi yardımların təkcə 30 faizi hökumət tərəfindən həyata keçrilir. Dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun artması beynəlxlaq ictimaiyyəti qeyri - dövlət xətti ilə yardım göstərməyə vadar edir.

Statistik məlumata əsasən, Taliban hakimiyyəti devrildikdən sonra, Əfqanıstanın yenidən qurulmasına 20 milyard dollar xərclənilib. Lakin ekspertlər ayrılmış yardımların işsizliyin azaldılmasına, aztəminatlı insanların təminatına və idarələrdə rüşvətxorluğun azalmasına təsir göstərmədiyi qənaətindədirlər.

Əkbərinin fikrincə, beynəlxlaq ictimaiyyət Əfqanıstanın hökumət qurumlarında korrupsiya faktlarının olmasını tənqid etsə də, məhz bu müəssisələrin rəhbərləri olan əcnəbilər özləri də rüşvətxorluğun artmasında rol oynayırlar.

Əkbəriyə görə, idarələrdə rüşvətxorluğun azaldılmasının yolu yüksək səviyyəli məmurların və prezident Kərzaiyə yaxın şəxslərin fəaliyyətinə nəzarətin gücləndirilməsidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti