...

Gürcüstan ABŞ-ın yeni administrasiyasının tam dəstəyinə malikdir - Mixail Saakaşvili

Dünya xəbərləri Materials 10 Yanvar 2009 21:06 (UTC +04:00)
Gürcüstan ABŞ-ın yeni administrasiyasının tam dəstəyinə malikdir - Mixail Saakaşvili

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan ABŞ-ın yeni administrasiyasının tam dəstəyinə malikdir. Bunu Tbilisidə Avlabardakı igamətgahında keçirilən birfinqdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.

Dediklərinə sübut kimi Saakaşvili bir neçə arqument gətirib. "Gürcüstana 1 milyard dollarlıq yardımın ayrılması yeni vitse-prezident Cozef Baydenin təşəbbüsü idi. Gürcüstanla azad ticarət zonasının yaradılması təşəbbüsü Senatın demokratlardan olan liderlərdən biri Cim Kerridən gəldi. Bütün bunlar demokratların dəstəyindən xəbər verir", - deyə Saakaşvili bildirib.

O qeyd edib ki, ABŞ-ın geosiyasəti liderlərin dəyişməsindən asılı deyil, çünki o demokratiya prinsiplərə əsaslanır. "Məhz bu, ABŞ-ı cazibəli edir. Bu ölkə üçün demokratiya və azadlıq idealları hər şeydən önəmlidir", - deyə o vurğulayıb.

Gürcüstan prezidenti qeyd edib ki, prezident seçildikdən sonra Barak Obama ilə "yaxşı" söhbət edib. "Onun bizi dəstəkləməsindən və ölkəmizə münasibətindən razıyam", - deyə o bildirib.

Saakaşvili xatırladıb ki, vitse-prezident Bayden Gürcüstan bombalananda Tbilisiyə gəlmişdir. "Bizi bombalayırdılar, ancaq biz "Kopala" restoranında otururduq və işıqları söndürmürdük, çünki qələbəmizə inanırdıq" deyən Saakaşvili qeyd edib ki, Bayden artıq o zaman məqsədli proqrama malik idi.

"Bu, təkcə mənə ünvanlanan dəstək deyil. Bu, xalqımıza, ədalətə ünvanlanan dəstəkdir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti