...

Dünya Ətraf Mühiti Mühafizə Təşkilatı (GEF) İrana 5 milyon dollar qrant ayırıb

Dünya xəbərləri Materials 2 Mart 2009 15:52 (UTC +04:00)

Dünya Ətraf Mühiti Mühafizə Təşkilatı (Global Environment Facility (GEF)) İrana neft çirklənməsinin məhdudlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində sərmayə yatırmaq məqsədi ilə 5 milyon dollar qrant ayırıb, - İranın Enerjinin Saxlanılması Şirkətinin (İFCO) direktoru Mehdi Şərif bildirib. Bu barədə İranın Neft Nazirliyinin rəsmi xəbər saytı ŞANA məlumat yayıb.

İFCO-nun direktoru Şərif bildirib ki, İran ayrılmış qrantı neft çıxarılması və daşınması zamanı dənizin çirklənməsinin məhdudlaşdırılmasına və ətraf mühitin mühafizəsi sahəsinə sərf edəcək.

Xəbər lenti

Xəbər lenti