İranın İsfahan əyalətinin Sefiddəşt şəhəri ətrafında Rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 01:31-də (Bakı vaxtı ilə gecə saat 02:01) qeydə alınıb. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Hələlik ölən və yaralananlar, eləcə də dağıntılar barədə heç bir məlumat yoxdur.