...

Misir Netanyahunu rəsmi səfərə dəvət edir

Dünya xəbərləri Materials 16 Mart 2009 16:54 (UTC +04:00)

Yaxın zamanda rəsmi Qahirənin dəvəti ilə Benyamin Netanyahunun Misirə səfəri gözlənilir. Bu barədə İsrailin "Qaarets" qəzeti "Likud"un nümayəndəsi Əyyub Qaradan sitat gətirərək bildirib.

Qaranın sözlərinə görə, Qahirəyə rəsmi səfər dəvəti Misirin İsraildəki səfiri Yassir Reda tərəfindən edilib. 

Netanyahu yeni koalisiya hökümətinin yaradılması istiqamətində razılığa gələrsə, İsrailin yeni Baş naziri seçiləcək

"Likud" sübut etmək istəyir ki, Netanyahu hökuməti Fələstin-İsrail sülh proseslərinə ziyan vuracaq. Buna baxmayaraq, sağ qanad ("Likud") ədalətli sülh bağlaya bilər və bu səbədən də biz ərəb ölkələri ilə danışıqlar aparırıq, - Qara bildirib.

Əvvəlcə rəsmi Qahirə İsraildə, ölkənin HƏMAS-ın raket atəşinə tutulması səbəbindən fələstinlilərlə dialoqun dayandırılması tərəfdarı olan "Likud" partiyasının başçılığı altında hökumət yaradılmasının əleyhinə idi.

Fevralda seçkilərə kimi Misir Netanyahuya göndərdiyi məktubda onun fələstinlilərlə münaqişəni iqtisadi yolla aradan qaldırmaq istiqamətindəki təklifini regionun stabilliyinin, həmçinin İsrail-Misir sərhəddində vəziyyətin gərginləşmisinə səbəb ola biləcəyini bildirib. 

Qahirə Qəzza sektoru ilə NBM-i 1300 fələstinlinin ölümünə səbəb olan İsrailin HƏMAS üzvlərinə qarşı hərbi əməliyyatlarından sonra bağlayıb.

Xəbər lenti

Xəbər lenti