...

Xalq Mücahidləri Təşkilatına İraqda yer yoxdur - İraqın Baş naziri

Dünya xəbərləri Materials 26 Mart 2009 14:17 (UTC +04:00)

İraqın Baş naziri bildirib ki, Xalq Mücahidləri Təşkilatına İraqda yer yoxdur.

"İraq hökuməti İranın Xalq Mücahidləri Təşkilatına bildirib ki, İraq ərazisində onlara yer yoxdur, onlar özləri üçün başqa yer axtarsınlar", - deyə İraqın Baş naziri Nuri əl-Maliki cümə axşamı "Əl-İraqiyyə" televiziyasında çıxışı zamanı bildirib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Əl-Maliki əlavə edib ki, bu təşkilatın üzvləri İraq torpaqlarını tərk etməlidir.

İraq hakimiyyəti 2008-ci il dekabrın 19-dan İraqda Əşrəf qərargahında yerləşmiş Xalq Mücahidlərinin ölkədən çıxarılmasını tələb edir. Əşrəf qərargahında 3500 İran əsilli Xalq Mücahidi var. Bu təşkilat İran hakimiyyətinə müxalifdir, onun üzvləri İran-İraq müharibəsində Səddam Hüseyn ordusunun tərkibində İrana qarşı vuruşublar. İran dəfələrlə İraq hökumətindən onları İrana təhvil verməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti