...

Türkiyənin Baş naziri İraq şiələrinin lideri Müqtəda əs-Sədrlə görüşəcək

Dünya xəbərləri Materials 1 May 2009 12:43 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün İraqda Amerika ordusuna qarşı mübarizə aparan şiə lideri Müqtəda əs-Sədrlə görüşəcək. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

Türkiyənin XİN rəsmilərinin bildirdiyinə görə, əs-Sədrin Türkiyəyə səfərində məqsəd İraqdakı təhlükəsizlik və stabillik mövzusu ilə bağlı Türkiyənin vasitəçilik edəcəyi sülh prosesinin müzakirə edilməsidir. Habelə bu görüş İraqda sünnilər, kürdlər və şiələr arasında ortaq məxrəcə gəlinməsi məsələsində Türkiyənin oynadığı rolun bir hissəsi kimi də xarakterizə edilir.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti