...

Türkiyə və Ermənistan sərhədləri Dağlıq Qarabağ azad ediləndən sonra açıla bilər – Ərdoğan

Dünya xəbərləri Materials 16 May 2009 11:56 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Fransa Prezidenti Nikolya Sarkozinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı tutduğu mövqe dəyişkəndir. Xəbəri Turk.net saytı yayıb.

Ərdoğan Polşanın Qdansk Universitetində keçirilən konfransda iştirak edib və tələbələrin suallarını cavablandırıb.

"Sarkozi biz görüşdükdə və ayrı olduqda fərqli bəyanatlar edir. Bu tamamilə bizim görmək istədiyimiz mövqe deyil", - Türkiyənin Avropa İttifaqına daxil olması prosesi ilə bağlı Sarkozinin mövqeyini şərh edən Ərdoğan bildirib.

Ərdoğan bildirib ki, Aİ Türkiyəni üzv kimi tanımağa məcbur deyil, lakin ittifaq Türkiyəni tamhüquqlu üzv kimi və ya əksinə görmək istəyirsə konkret bəyanatlar verməlidir.

"Türkiyə əhalisi Aİ-ni narahat edir, yoxsa ittifaq Türkiyə əhalisinin əksəriyyətinin müsəlman olmasından əndişələnir?", - Ərdoğan bildirib.

Türkiyə-Ermənistan münasibətlərini şərh edən Ərdoğan bildirib ki, iki ölkə münasibətində müsbət addımlar atılıb.

"Ermənistan və Azərbaycan arasındakı münaqişə bizim hamımızı narahat edir və bu məsələyə biganə qala bilmərik", - deyə o bildirib.

Ərdoğan vurbulayıb ki, Türkiyə Ermənistan ilə sərhədləri Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsindən sonra bağlayıb və sərhədlər yalnız torpaqlar azad edildikdən sonra açıla bilər.

Ərdoğan əlavə edib ki, Ermənistan hazırda çox pis vəziyyətdədir və Türkiyə istəsə 40 min ermənini geri qaytara bilər, lakin Türkiyənin insanlığı bunu etməyə imkan vermir.

Ərdoğan həmçinin, Kipr probleminin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib. O, əlavə edib ki, Türkiyə 50 il ərzində Avropa İttifaqının üzvü olmaq istəyir.

"Türkiyə Aİ-nin bir hissəsi olmazsa, ittifaq "xristian klubu" olacaq, bu reallıqdır", - deyə o bildirib.

Ərdoğan Türkiyənin Aİ-yə üzv olmaq üçün səy göstərdiyini bildirib. Lakin ölkə bu prosesi hiss etmir və Aİ-nin bütün ölkələrinin bunu tanıyacağına əmin deyil. Qdanskdakı çıxışından sonra Ərdoğan vətənə qayıdıb.

Xəbər lenti

Xəbər lenti