...

Ərəb əsilli britaniyalı akademik Komandor kral ordeni ilə təltif olunub

Dünya xəbərləri Materials 1 İyul 2009 13:08 (UTC +04:00)

Böyük Britaniyanın kraliçası II Yelizaveta Londonda Ümumdünya İslam Təfəkkürü İnstitutunun başçısı, Birləşmiş Krallıqdakı müsəlman ictimai xadimləri və alimlər qrupunun baçısı, ərəb əsilli britaniyalı akademik Anis Şeyx Əlini Britaniya imperiyasının Komandor ordeni ilə təltif edib. Bu barədə Londonda dərc olunan "Əş-Şarq Əl-Ausat" ərəb qəzeti məlumat verib. 

Orden Anis Şeyx Əliyə Britaniyadakı ictimai və dini təşkilatlar arasında münasibətlərin dərinləşməsindəki xidmətlərinə görə verilib.

"Komandor" dərəcəli mükafat dini və etnik mənsubiyyətindən asılı olmayaraq ictimaiyyətin inkişafında iştirak edən şəxslərə təqdim olunur. Böyük Britaniyada nüfuzlu mükafatların verilməsi barədə qərar 650 il bundan öncə verilib.

Xəbər lenti

Xəbər lenti