Türkiyənin Çorum şəhərində A/H1N1 virusu ("donuz qripi") aşkarlanıb. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
Agentliyin verdiyi məlumata görə, adı gizli saxlanılan Türkiyə vətəndaşı Çin səyahətindən sonra bu virusa yoluxub.
Çorumda aşkarlanan virus ilə əlaqədar olaraq yerli səhiyyə orqanları bir sıra profilaktik təbdirlər həyata keçirirlər.