...

İrana S-300 kompleksinin tədarükü "regionda güclərin nisbətinə təsir edəcək" - İsrail Prezidenti

Dünya xəbərləri Materials 19 Avqust 2009 14:56 (UTC +04:00)

"İrana S-300 kompleksinin tədarükü "regionda güclərin nisbətinə təsir edəcək", - bu gün İsrail Prezidenti Şimon Peres, Soçidən videokonfransın gedişində bildirib, İTAR-TASS yazır.

İTAR-TASS xəbər verir ki, o, bu məsələnin RF Prezidenti Dmitri Medvedyevlə görüşü zamanı müzakirə edildiyini bildirib. Peresin sözlərinə görə, rus lider "bu məsələni nəzərdən keçirməyə söz verib".

Rusiyanın S-300 orta fəaliyyət radiuslu zenit-raket kompleksi bu gün ballistik də daxil olmaqla, istənilən növ raketlərin və digər hava-kosmik hücum vasitələrinin zərbələrindən müxtəlif növ obyektlər, hərbi baza və idarəetmə məntəqələrinin müdafiəsi üçün ən səmərəli vasitələrdən biri hesab edilir.

Xəbər lenti

Xəbər lenti