...

Mitçel və Netanyahu danışıqları cümə günü davam etdirəcək

Dünya xəbərləri Materials 16 Sentyabr 2009 19:45 (UTC +04:00)
ABŞ-ın Yaxın Şərqdə xüsusi səfiri Corc Mitçel cümə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonun yəhudi qəsəbələrinin inşasının dayandırılması tələbləri ilə bağlı müzakirələri cümə günü davam etdirəcək.
Mitçel və Netanyahu danışıqları cümə günü davam etdirəcək

ABŞ-ın Yaxın Şərqdə xüsusi səfiri Corc Mitçel cümə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonun yəhudi qəsəbələrinin inşasının dayandırılması tələbləri ilə bağlı müzakirələri cümə günü davam etdirəcək. Məlumatı RİA Novosti yayıb.

Mitçel və Netanyahu çərşənbə günü keçirilən danışıqlarda yəhudi qəsəbələrinə dair razılıq əldə edə bilməyiblər. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti yazır.

Bu, Netanyahunun Barak Obamanın emisarı ilə bu həftə keçirilən ikinci görüşü idi.

Gözlənilən razılaşma Ağ Evə Nyu-Yorkda BMT-nin Baş Assambleyasında ABŞ-ın vasitəçiliyi ilə Fələstin Administrasiyasının Prezidenti Mahmud Abbasın Netanyahu ilə görüşünün təşkilinə kömək edə bilər.

Bu gün ABŞ-a qayıtmalı olan Mitçel bu həftənin sonunadək regionda qalacaq, İordaniyaya səfərindən sonra cümə günü isə Netanyahu ilə yenidən görüşəcək.

Fələstin Muxtariyyəti ilə danışıqlar da nəticə verməyib. Mahmud Abbas Qərb sahilində yəhudi qəsəbələrinin inşası dondurulmayanadək sülh dioloqunun bərpa edilməsi və Netanyahu ilə görüşdən imtina edir.

Lakin Londonda nəşr edilən ərəb qəzeti "əş-Şərq əl-Övsət" rəsmi Fələstin mənbələrinə istinadən xəbər verib ki, muxtariyyət yəhudi qəsəbələrinin inşası dayandırılmadan danışıqlara başlamaq məqsədi ilə Vaşinqtonun göstərəcəyi təzyiqlərdən qorxur.

Xəbər lenti

Xəbər lenti