...

Azərbaycan-Türkiyə əlaqələri qardaşlıq prinsipi üzərində qurulub - dövlət naziri

Dünya xəbərləri Materials 13 Oktyabr 2009 10:43 (UTC +04:00)
Türkiyə əvvəlki kimi Azərbaycanla əlaqələrini qardaşlıq prinsipləri əsasında quracaq, Türkiyə hökumətinin rəsmi nümayəndəsi və baş nazirin müavini Cəmil Çiçək jurnalistlərə deyib, CNN telekanalı məlumat verib.
Azərbaycan-Türkiyə əlaqələri qardaşlıq prinsipi üzərində qurulub - dövlət naziri

Türkiyə əvvəlki kimi Azərbaycanla əlaqələrini qardaşlıq prinsipləri əsasında quracaq, Türkiyə hökumətinin rəsmi nümayəndəsi və baş nazirin müavini Cəmil Çiçək jurnalistlərə deyib, CNN telekanalı məlumat verib.

"Bizim Azərbaycanla qardaşlıq əlaqələrimiz var və heç nə Türkiyə üçün Azərbaycanla dostluqdan daha vacib deyil", - Çiçək deyib.

Onun sözlərinə görə, iki ölkə rəhbərliyi arasında münasibət dinamik inkişaf edir, hər həftə Azərbaycan və Türkiyə rəsmiləri qarşılıqlı səfərlər edirlər.

O deyib ki, Türkiyə hansı qərar qəbul etməsindən asılı olmayaraq, Azərbaycanın maraqlarına uyğun hərərkət edəcək.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Protokolun qüvvəyə minməsi üçün sənəd Türkiyə və Ermənistan parlamentlərində ratifikasiya olunmalıdır.

"Protokol gələn həftə Türkiyənin Böyük Millət Məclisinə göndəriləcək", - Çiçək deyib.

Dünən öz çıxışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha qeyd edib ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərində ciddi irəliləyiş gözləmək olmaz.

Xəbər lenti

Xəbər lenti