...

Türkiyənin Baş naziri "donuz qripi"nə qarşı peyvənd vurdurmaqdan imtina edib

Dünya xəbərləri Materials 3 Noyabr 2009 15:18 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "donuz qripi"nə qarşı peyvənd vurdurmayacağını bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Türkiyənin Baş naziri "donuz qripi"nə qarşı peyvənd vurdurmaqdan imtina edib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "donuz qripi"nə qarşı peyvənd vurdurmayacağını bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Donuz qripi"nə qarşı peyvənd vurdurmayacağam", - deyə Ərdoğan bildirib.

Trend -un arayışı: Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı doqquz nəfərə çatıb, bu barədə bazar ertəsi Anadolu agentliyi ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirib.

Bazar ertəsi A/H1N1 virusundan iki qız - Şanlıurfa şəhərində dördyaşlı və İstanbul şəhərində 13 yaşlı qız həlak olub. "Donuz qripi"nin qurbanı həmçinin Ankara sakini 65 yaşlı qadın olub. Onun ölümü sayca doqquzuncudur. Türkiyədə "donuz qripi"nin səbəb olduğu ilk ölüm faktı oktyabrın 24-də paytaxtda qeydə alınıb.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdaq bazar günü jurnalistlərə bildirib ki, ölkədə A/H1N1 virusuna 1800 yoluxma halı rəsmi olaraq təsdiq edilib. O, həmçinin bu virusa yoluxanların sayının həqiqətən də çox olduğunu etiraf edib.

Bu gün Türkiyənin Səhiyyə Nazirliyi Baş nazir Ərdoğan və ölkə prezidenti Abdullah Gülə "donuz qripi"nə peyvənd vurulacağını bildirmişdi.

Bu gün ölkənin Baş naziri hakim partiyanın keçirdiyi qrup toplantısında vətəndaşlardan "donuz qripi"nə qarşı keçirilən tədbirlər çərçivəsində görüşərkən opüşməməyi məsləhət görüb.

Ərdoğan onu da bildirib ki, ölkədə "donuz qripi"nə qarşı peyvəndlər məcburi şəkildə deyil, könüllü şəkildə vurulacaq.

"Heç kimi peyvənd vurdurmağa məcbur edə bilmərik", - deyə Baş nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti